A

Türk Dünyası İqtisad Fakültəsində insan alverinə qarşı mübarizəyə həsr olunan tədbir keçirilib.

Tədbirdə dekan müavini Cavahirxanım Məmmədova və "İqtisadiyyat və işlətmə" kafedrasının baş müəllimi Nəriman Xanəhmədov insan alverini müasir dövrün ən qatı cinayətlərindən adlandırıblar. Bu cinayətin qurbanlarının məcburi əmək və ya istismara məruz qaldıqlarını, hər il milyonlarla insanın öz dövlətlərinin hüdudlarında insan alverinin qurbanına çevrildiklərini, təxminən 12 milyon 300 min uşaq və kişinin məcburi əməyə cəlb olunduqlarını diqqətə çatdırıblar.

İnsan alverinin qurbanına çevrilmiş şəxslərin müdafiəsinin insan və vətəndaş hüquq və azadlıqlarına dair Azərbaycan Respublikasının müvafiq Qanunvericiliyinin və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələlərin tələbləri rəhbər tutulmaqla təmin edildiyini bildiriblər.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay