A

UNEC-də Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə “Focus Group” nümayəndələri tərəfindən “Biznes psixologiyası” adlı seminar keçirilib.

Seminar zamanı “Focus Group” şirkətinin rəhbəri və psixoloqu Ülviyyə Hümmətova tələbələrə biznesdə insan faktorunun və insan emosiyalarının vacibliyi, ünsiyyət zamanı və ya şəxsiyyətlərarası münasibətlərdə "yumşaq bacarıqların” inkişaf etdirilməsi və səriştələrin formalaşdırılması haqqında ətraflı məlumat verib.

Ülviyyə Hümmətova çıxışında onu da diqqətə çatdırıb ki, tələbələrin bu gün əldə etdikləri bilikləri gələcəkdə onların iş həyatında böyük rol oynayacaq, həmçinin  müvəffəqiyyətli karyera və biznes qurmaq yönümündə psixoloji savadlılığın, insanın özünə və başqalarına şüurlu davranmasında, fərdi imkanlarını və xüsusiyyətlərini öyrənməsində, başa düşməsində də böyük rolunun olduğunu vurğulayıb.

Seminar interaktiv keçib, yekunda tələbələri maraqlandıran suallar cavablandırılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay