UNEC Zaqatala filialında Psixoloji Xidmət Mərkəzinin əməkdaşları tərəfindən tələbələr üçün “İmtahan həyəcanının idarə olunması” mövzusunda təlim və fərdi konsultasiyalar təşkil olunub.
Tədbirin məqsədi tələbələrin imtahan prosesinə daha hazırlıqlı, özünə inamlı və psixoloji cəhətdən stabil şəkildə yanaşmalarına dəstək olmaqdır.
Ezamiyyət çərçivəsində keçirilən təlim zamanı iştirakçılara imtahan öncəsi və imtahan zamanı yaranan stressin səbəbləri, onun psixoloji və fizioloji təsirləri haqqında ətraflı məlumat verilib. Eyni zamanda, həyəcanın idarə olunması üçün effektiv üsullar praktik nümunələrlə izah edilib.
Bununla yanaşı, tələbə və əməkdaşlar üçün fərdi konsultasiyalar da keçirilib. Görüşlər zamanı iştirakçıların şəxsi çətinlikləri dinlənilib və onlara uyğun psixoloji dəstək göstərilib.