UNEC Karyera Mərkəzinin təşkilatçılığı ilə tələbələr Dövlət İmtahan Mərkəzinin və ACCA -in təşkil etdiyi seminarda iştirak ediblər. 

DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, ACCA-in Türkiyə qolunun rəhbəri Filiz Demiröz və “Ernst & Young Global Limited Azərbaycan”nın (EY) nümayəndələrinin qatıldığı tədbirdə Filiz Demiröz ACCA-in mühasibatlıq sahəsində karyera ilə bağlı dəyişən tendensiyaları, fərdlərin karyeralarını inkişaf etdirə biləcəyi yolları araşdıran “Gələcəyə hazır ol: 2020-ci illərdə mühasib peşəsi” adlı tədqiqatının əsas nəticələrini iştirakçılarla bölüşüb.

Sonra “Ernst & Young Global Limited Azərbaycan” (EY) nümayəndələri Azərbaycanda karyera imkanları, audit, mühasibat uçotu və konsaltinq sektorunun trend mövzuları, mühasibat və maliyyə sektorunun karyeranın inkişafındakı rolu barədə danışıblar.

Bildirilib ki, EY Azərbaycan ACCA ilə birgə “Öyrən, bitir və işlə” layihəsinə start verəcək. Layihə çərçivəsində tərəflərin birgə səyi ilə UNEC tələbələrinin  məşğulluğunu təşviq etmək, tələbələrə imtahanlar və gələcək işəgötürənlərlə müsahibələrdən uğurla keçmək üçün onların ACCA sertifikatlaşdırılmasına başlamağına kömək göstərilməsi nəzərdə tutulur. ACCA və EY proqramı  qeydiyyatdan keçmiş tələbələr üçün bəzi imtiyazlar təmin etməklə bərabər, həmçinin qeydiyyat və proqram təşkilatçılığına köməklik göstərəcək. 

 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay