A

UNEC Karyera Mərkəzinin və Maliyyə və mühasibat fakültəsinin birgə təşkilatçılığı ilə “PAŞA Pay” şirkətinin PAŞA Busines mobil tətbiqi layihəsi üzrə təcrübə proqramının təqdimatı keçirilib.

Şirkətin Biznes partnyorları ilə iş və loyallığın qorunması strukturunun rəhbəri Elçin Allahverdiyev və İnsan resursları strukturunun əməkdaşları təcrübə proqramı və PAŞA Busines mobil proqramının üstünlükləri barədə tələbələrə məlumat veriblər. Bildirilib ki, təqaüdlü təcrübə proqramının sonunda tələbələr sertifikat əldə edəcəklər. Təcrübə müddətində fərqlənənlər işlə təmin olunacaqlar.

Təqdimat zamanı iştirakçıların onlayn qeydiyyatı da aparılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay