A

Azərbaycanın hərb tarixinin şanlı səhifələrindən olan uğurlu Horadiz əməliyyatından 29 il keçməsi ilə əlaqədar UNEC THİK-in fəal tələbələri Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyasının təlim-tədris hissəsinin sabiq rəisi, "Horadiz Əməliyyatı" zamanı Horadiz qəsəbəsinin ermənilərdən azad olunmasında iştirak edən 702-ci briqadanın komandiri, “Azərbaycan Bayrağı" ordenini 2 dəfə alan yeganə hərbçi, Moskva "Frunze" adına akademiyanı bitirmiş ordumuzdakı 6 zabitdən biri Şair Ramaldanov ilə birlikdə ulu öndər Heydər Əliyevin məzarını və II Fəxri Xiyabanda şəhidlərimizin məzarını ziyarət ediblər.

Xatırladaq ki, ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin 1994-cü il yanvarın 5-dən 6-na keçən gecə həyata keçirdiyi uğurlu əməliyyat nəticəsində Füzuli rayonunun 20 Arazboyu kəndi, Horadiz qəsəbəsi və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi işğaldan azad edilib. Horadiz əməliyyatı zamanı düşmənin çoxlu sayda canlı qüvvəsi və hərbi texnikası məhv edilib, onlarla döyüş texnikası, xeyli sayda silah-sursat qənimət kimi ələ keçirilib. Ağır itkilər verən düşmən atəşkəs müqaviləsini imzalamağa məcbur olub.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay