A

Qazaxıstanın Yessenov Universiteti ilə UNEC arasında imzalanmış əməkdaşlıq müqaviləsi çərçivəsində Yessenov Universitetinin 6 nəfərdən ibarət professor- müəllim heyəti UNEC-də səfərdə olub.

Səfər zamanı qazaxıstanlı müəllimlər UNEC-in infrastrukturu, kitabxanaları və tədris prosesi ilə yaxından tanış olublar, müəllim-professor və tələbə heyəti ilə görüşüblər. Qonaqlar UNEC-dəki tədris prosesini yüksək qiymətləndiriblər, qazandıqları təcrübənin Yessenov Universitetində tətbiqinin əhəmiyyətli olacağını bildiriblər.

TOP XƏBƏRLƏR