A

Qazaxıstanın Ş.Yesenov adına Xəzər Texnologiya və Mühəndislik Universitetinin prorektoru Kayırbek Makulovun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) olub.

UNEC-in Beynəlxalq əlaqələr və proqramlar üzrə prorektor v.m.i.e. Hüseyn Həsənov, UNEC Biznes Məktəbinin direktoru dosent Nazim Hacıyev və Mühəndislik fakültəsinin dekanı dosent Elçin Səmədov nümayəndə heyətiylə görüşərək, universitet haqqında məlumat veriblər. Görüşdə mövcud imkanlar çərçivəsində əməkdaşlıq əlaqələrinin inkişafından, birlikdə elmi-tədqiqat işlərinin aparılmasından və ortaq elmi layihələrin icrasından bəhs olunub.

Aparılan müzakirələr zamanı universitetlər arasında ikitərəfli mübadilə proqramlarının genişləndirilməsi, birgə tədqiqat layihələrinin həyata keçirilməsi və beynəlxalq təcrübə proqramlarının tədrisdə tətbiq olunması kimi məsələlər haqqında təkliflər irəli sürülüb.

Qeyd olunub ki, hazırda UNEC-də Yesenov Universitetinin 3 magistr tələbəsi təhsil təcrübəsindədir. Yessenov Universitetinin 3 tələbəsi isə akademik mübadilə çərçivəsində ötən illərdə UNEC-də bir semetrlik təhsil alıblar.

TOP XƏBƏRLƏR