A

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və Yunanıstan Respublikasının Qərbi Makedoniya Texniki Təhsil İnstitutu arasında imzalanan əməkdaşlıq memorandumuna əsasən, “Neft və qazın idarə edilməsi və daşınması” (MOGMAT) üzrə magistr proqramı fəaliyyətini davam etdirir.

Proqrama əsasən, UNEC-in Beynəlxalq İqtisadi Münasibətlər  fakültəsinin dekanı, dosent Mənsur Bərxudarov Yunanıstan Respublikasının Qərbi Makedoniya Texniki Təhsil İnstitutunda silsilə mühazirələr deyib.

Qərbi Makedoniya Texniki Təhsil İnstitutunun bir neçə struktur bölməsinin yerləşdiyi Kastoriya şəhərinin meri Anestes Aggelis M.Bərxudarovun mühazirələrində iştirak edib. A.Aggelis magistrantlara iki universitetin birgə həyata keçirdiyi magistr proqramının vacibliyi vurğulayıb, perspektivlərindən danışıb.

TOP XƏBƏRLƏR