Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) Cenevrə Baş ofisinin 2023 Qlobal İnnovasiya İndeksinin Azərbaycanla bağlı hesabatında UNEC ölkədə innovasiyanı ən yaxşı tətbiq edən universitet (TOP Performers in Innovation) kimi qeydə alınıb.
Qlobal İnnovasiya İndeksi (GII) dünya iqtisadiyyatlarını innovasiya imkanlarına görə sıralayır. Cenevrə hesabatında əsas etibarilə, Azərbaycanda innovasiya mühiti, biznes-universitet əməkdaşlığı, sahibkarlıq fəaliyyəti haqqında məlumatlar yer alıb. Azərbaycanla bağlı hesabatda ölkədə innovasiyanı yüksək və uğurlu şəkildə tətbiq edən iki universitet (UNEC, BDU) qeydə alınıb.
ÜƏMT UNEC-in fəaliyyətində QS reytinqin göstəricilərinə istinad edib.