UNEC-də İqtisadi məsələlər üzrə prorektor vəzifəsinə yeni təyinat olub.
Maliyyə və Təminat Departamentinin direktoru Nəsimi İsmayılov UNEC-in rektoru, professor Ədalət Muradovun əmri ilə İqtisadi məsələlər üzrə prorektor vəzifəsinə təyin edilib.
Nəsimi İsmayılov 1980-cı ildə anadan olub.
1999-2003-cü illərdə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını fərqlənmə diplomu ilə bitirib.
2004-cü ildə Türkiyə və Orta Şərq Dövlət İdarəçilik İnstitutunda, 2005-ci ildə isə Azərbaycan Respublikası yanında Dövlət İdarəçilik Akademiyasında magistr dərəcəsi alıb.
2005-ci ildə qısa müddət Azərbaycan Mikromaliyyələşdirmə bankında işlədikdən sonra, 2006-2011-ci illərdə İqtisadi İnkişaf Nazirliyində (indiki İqtisadiyyat Nazirliyi) məsləhətçi, sektor müdiri vəzifələrində işləyib.
2011-ci ilin aprel ayından 2014-cü ilin aprelinədək “Azərsu”ASC-də Maliyyə və vergilər şöbəsinin rəisi vəzifəsində çalışıb.
2014-cü ilin aprel ayından 13 dekabr 2021-ci ilədək UNEC-in Maliyyə və Təminat Departamentinin direktoru olub.
13 dekabr 2021-ci ildə UNEC-in İqtisadi məsələlər üzrə prorektoru vəzifəsinə təyin edilib.
İngilis, rus və türk dillərini bilir.