A

1Aprelin 12-də Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Zaqatala filialının əsaslı təmir olunmuş yataqxana və idman zalının açılış mərasimi keçirilib.

Tədbirdə elm və təhsil naziri Emin Əmrullayev, UNEC-in rektoru professor Ədalət Muradov və UNEC-in Zaqatala filialının direktoru dosent Raqif Qasımov iştirak ediblər.

Açılış mərasimindən öncə iştirakçılar Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül dəstələri düzüblər, Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Qonaqlar əvvəlcə yataqxanada yaradılmış şəraitlə yaxından tanış olublar. Məlumat verilib ki, əsaslı təmir və yenidənqurma işlərindən sonra yataqxananın tutumu 73 tələbədən 155 tələbəyə qədər genişləndirilərək müasir tələbələrə uyğunlaşdırılıb. 2 və 3 nəfərlik otaqlar beynəlxalq standartlara uyğun yüksək keyfiyyətli mebel, zəruri məişət avadanlıqları və texnikası, eləcə də istilik və soyutma sistemi ilə təchiz olunub. Bütün otaqlarda yüksək gigiyenik standartlara uyğun sanitar qovşaqlar və duş kabinləri qurulub.

Sağlamlıq imkanları məhdud tələbələr üçün 2 ədəd müasir otaq ayrılıb və həmin otaqlarda inklüzivlik baxımından xüsusi imkanlar yaradılıb.

Bütün otaqlar smart texnologiyalarla təchiz olunub. Birinci mərtəbədə tələbələrin rahat istirahəti və əyləncəsi üçün xüsusi olaraq dizayn edilmiş istirahət otağı və oxu zalı mövcuddur. Yataqxanada, həmçinin, müasir avadanlıqlarla təchiz olunmuş camaşırxana quraşdırılıb. Eyni zamanda zəruri avadanlıq və dərman preparatları ilə təchiz olunmuş ilkin tibbi yardım məntəqəsi də yaradılıb.

Yataqxanada böyük və müasir yeməkxana, eləcə də bütün mərtəbələrdə zəruri avadanlıqlarla təchiz olunumuş geniş mətbəxlər mövcuddur.

Yataqxanadan sonra yeni istifadəyə verilən idman zalı ilə tanışlıq olub. Qeyd edilib ki, zal tələbələrin sağlam həyat tərzi sürməsi və idmanla məşğul olması üçün tam şəraitlə təmin edilib. 6 funksional otaqdan ibarət idman zalında basketbol, voleybol və fitnes üzrə ixtisaslaşdırılmış sahələr yaradılıb.

Yataqxananın həyətyanı və ətraf sahəsində genişmiqyaslı abadlaşdırma işləri aparılıb, ərazidə yaşıllıq zolaqları salınıb və təbiətə uyğun müxtəlif ağaclar əkilib. Eyni zamanda, tələbələrin istirahəti və sosial fəaliyyətləri üçün oturacaqlar quraşdırılıb.

Tələbələrin təhlükəsizliyini təmin etmək məqsədilə yataqxana 24/7 fəaliyyət göstərən nəzarət sistemi və müşahidə kameraları ilə təchiz olunub.

Sonra Zaqatala filialının tədris binasında Kompüter laboratoriyasının, imtahan və oxu zallarının açılışı olub.

Açılış mərasimindən sonra filialın professor-müəllim heyəti ilə görüş keçirilib. Görüş zamanı Zaqatala filialının gələcək inkişaf perspektivləri müzakirə olunub.

TOP XƏBƏRLƏR