UNEC-in Mühəndislik, Rəqəmsal iqtisadiyyat fakültələrinin, UNEC Dizayn məktəbi və Ümumi fənlərin tədrisinin təşkili departamentinin birgə təşkilatçılığı ilə 18 oktyabr Müstəqilliyin Bərpası Gününə həsr olunmuş dəyirmi masa keçirilib.
Tədbirin açılışında ölkəmizin müstəqilliyi və ərazi bütövlüyünün təmin olunması uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib
Tədbirdə çıxış edən Mühəndislik fakültəsinin dekanı dosent Elçin Səmədov, Humanitar fənlər kafedrasının müdiri professor Vəkil Həsənov, Rəqəmsal iqtisadiyyat fakültəsinin dekanı dosent Elman Cəfərov keçən əsrin 90-cı illərində ölkədə baş verən azadlıq hərəkatından söz açıblar. Ulu öndər Heydər Əliyevin müstəqilliyimizin bərpa olunması və qorunub saxlanılmasındakı əvəzsiz xidmətlərindən danışıblar. Çıxışlarda Azərbaycanın bu gün dünyanın nəhəng dövlətləri ilə qarşılıqlı faydalı əlaqələr qurduğu, beynəlxalq təşkilatlarda öz sözünü, mövqeyini daim açıq-aydın bildirdiyi qeyd edilib, ölkə başçısının apardığı uğurlu daxili və xarici siyasət nəticəsində 44 günlük Vətən müharibəsi zamanı ərazi bütövlüyümüzün bərpa olunduğu və iki ildir ki, xalqımızın Müstəqilliyin Bərpası gününü qalib xalq kimi qeyd etdiyi vurğulanıb.
Tədbir digər iştirakçıların çıxışları ilə davam edib.