A

Unibank-ın İdarə Heyətinin sədri, UNEC-in Fəxri məzunu Fərid Abuşov 95 illik yubiley münasibətilə universitetin kollektivini təbrik edib:

“Mən ölkəmizin ən qocaman təhsil ocaqlarından olan Azərbaycan Dövlət İqtisad Universitetinin kollektivini, müəllim və tələbə heyətini 95 illik yubiley münasibətilə səmimi-qəlbdən təbrik edirəm!

Çox sevindirici haldır ki, İqtisad Universiteti regionda iqtisadi elmini dərindən tədris edən fundamental elm və təhsil mərkəzlərindən biri sayılır. UNEC bu gün beynəlxalq universitetlərlə cox yaxından əməkdaşlıq edir, ikili diplom proqramları təqdim edir və öz tələbələri üçün çox geniş inkişaf prespektivləri açmış olur. Bu gün ölkəmizin müxtəlif maliyyə qurumlarında minlərlə mütəxəssis fəaliyyət göstərməkdədir ki, onların da bir çoxu UNEC-in məzunudur.

Biz, Unibank olaraq UNEC-lə bu yaxınlarda əməkdaşlıq memorandumu imzalamışıq və əməkdaşlığımızı genişləndirməyi planlayırıq. Hazırda Unibank-da müxtəlif vəzifələrdə - istər rəhbər, istərsə də mütəxəssis vəzifələrində bir cox UNEC məzunu fəaliyyət göstərməkdədir.

Əziz tələbələr və məzunlar, UNEC-də əldə etdiyiniz  bilik və bacarıqları cəmiyyətimizin inkişafına sərf etməyə davam edin. Sizlər Azərbaycanımızın gələcəyinin qurucuları, eyni zamanda UNEC-in davamçılarısınız. Mən hər birinizə  fəaliyyətinizdə uğurlar arzulayıram.

UNEC-in kollektivini və tələbə heyətini 95 illik yubiley münasibətilə bir daha təbrik edirəm!

Təhsil yolunuzda daim irəliləyin və yeni zirvələrə çatın!

DAHA ƏTRAFLI

TOP XƏBƏRLƏR