UNEC Rus İqtisad Məktəbi (RİM) və Tümen Dövlət Universitetinin Beynəlxalq sahibkarlıq məktəbinin birgə təşkilatçılığı ilə “Sahibkarlıq təhsili: iqtisadi artımın yeni imkanları” adlı I beynəlxalq elmi-praktiki konfransda ən fəal iştirak edən professor-müəllim və tələbə heyəti UNEC rəhbərliyi adından təltif olunub.
Tədbirin əvvəllində Rus İqtisad Məktəbinin direktoru Mənsur Bərxudarov göstərilən diqqətə görə UNEC rektoru, professor Ədalət Muradova öz təşəkkürünü bildirib. RİM-in direktoru bu diqqətin və dəstəyin yeni ixtisas profili “sahibkarlıq təhsili” üzrə işləri daha böyük əzmlə, elmi və tədris müstəvisində davam etdirərək, praktiki nəticələrə nail olunmasına stimullaşdırdığını bildirib.
UNEC prorektoru, prof. Rövnəq Rzayev konfransın yüksək səviyyədə təşkil olunmasına görə RİM-in kollektivinə rektorun adından təşəkkür edib. O,bu istiqamətdə elmi tədqiqatların aparılması və tədbirlərin təşkil edilməsinin vacibliyini vurğulayıb. Həmçinin, konfransa təqdim olunan məqalələrin nəşr olunması və gələcəkdə də sözügüdən mövzuya həsr olunmuş elmi işlərin miqyasının genişlənməsinin önəmini vurğulayıb.
Sonda prorektor professor-müəllim və tələbə heyətini “Təşəkkürnamə” ilə təltif edib.