A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Rus İqtisad Məktəbində Müstəqilliyin Bərpası Gününə həsr olunan silsilə tədbirlər keçirilib.

RİM-in Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşəbbüsü və THİK-in dəstəyi ilə Dövlət Müstəqilliyinin Bərpası Gününə həsr edilmiş intellektual yarışda fakültənin direktor müavini Anar Eyyubov müstəqilliyin bərpasının tarixi haqqında tələbələrə qısa məlumat verib və yarış iştirakçılarına uğurlar arzulayıb.

Sonra I və II kurs tələbələrindən ibarət olan 6 komanda arasında intellektual yarış keçirilib. Yarışın qalibi "Ədalət" komandası olub. II yer “Dəmir yumruq” komandası, III yerə isə “İstiqlaliyyət” komandası layiq görülüb .

Növbəti tədbir  Rus İqtisad Məktəbin nəzdindəki İqtisadiyyat kafedrasında keçirilib. Tədbirdə kafedranın müdiri dosent Sevinc Abbasova və digər iştirakçılar Müstəqilliyin Bərpası Günü ilə bağlı çıxışlar ediblər.

 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay