A

Qara Dəniz Universitetlər Şəbəkəsinin (BSUN) Baş katibi prof. Eden Mamutun rəhbərlik etdiyi nümayəndə heyəti UNEC-də olub.

Nümayəndə heyətində BMT-nin Qara Dəniz Dayanıqlı İnkişaf Həlləri Şəbəkəsinin sədri Nikolaos Theodossiou, Sofiya Universitetinin rektoru Marina Stefanova, Zaporojye Dövlət Texniki Universitetinin rektoru Sergiy Byelikov və Saloniki Aristotel Universitetinin dekanı Grigoris Zarotiadis təmsil olunub.

UNEC rektoru professor Ədalət Muradov ilə görüşən nümayəndə heyəti ilə qarşılıqlı fikir mübadiləsi aparılıb. BSUN və UNEC arasında əməkdaşlıq sahələrinin genişləndirlməsi, həmçinin birgə layihələrin həyata keçirilməsi perspektivləri müzakirə olunub.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay