A

UNEC-in professoru, iqtisad elmləri doktoru Fazil Hacıyevin “Audit”  kıtabı işıq üzü görüb.

Dərslikdə auditin mahiyyəti və məzmunu, auditor standartları, auditor seçiminin təşkili və analitik prosedurları, auditin hazırlanması və planlaşdırılması ilə yanaşı, auditin sənədləşməsi, auditor sübutları, auditor risqi, təşkilat və təsərrüfat subyektlərinin auditi, eyni zamanda milli iqtisadiyyatın digər sahələrində auditin xarakterik xüsusiyyətləri öz əksini tapıb.

“Audit” dərsliyi 379 səhifədir, “İqtisadiyyat Universiteti” nəşriyyatında 2021-ci ildə çapdan çıxıb.

Dərsliyi UNEC-in 24/7 kitabxanasından, eləcə də universitetin bütün tədris binalarındakı kitabxanalarındakı oxu zalından əldə etmək mümkündür.

TOP XƏBƏRLƏR