A

UNEC Biznes Məktəbinin nəzdində fəaliyyət göstərən “Biznesin idarə edilməsi” kafedrasının müəllimi dos. Sevda Rzayeva UNEC 95 illiyi çərçıvəsində “Yeni Texnoloji Dövr və Süni İntellekt” mövzusunda təqdimat keçirib.

Tədbirdə dos.S.Rzayev müasir texnologiyaların cəmiyyətə və iqtisadiyyata təsirindən bəhs edərək, süni intellekt, kvant hesablama, robot texnologiyaları və startup platformalarında SI-nin tətbiqi mövzularında təqdimatla çıxış edib.

Çıxışında startupların texnologiyanın sınaqdan keçirildiyi və bazara tətbiq olunduğu platformalar olduğunu vurğulayan Sevda Rzayeva, SI-nin bu sahədə avtomatlaşdırılmış xidmətlər, şəkil-video analizi, ağıllı marketinq və saxta məlumat aşkarlanması kimi tətbiqlərinə toxunub.

Sonda təqdimatla bağlı müzakirələr aparılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay