A

UNEC-in Quba tədris, idman və istirahət kompleksində “Heydər Əliyev İli”nə həsr olunmuş “Oxu mədəniyyəti” layihəsi çərçivəsində həyata keçirilən yay oxuları davam edir.  

Yay günləri UNEC ailəsinin mədəni istirahətinin və asudə vaxtının səmərəli təşkilinə xidmət edən yay oxularının növbəti sayında görkəmli alman yazıçısı, tərcüməçi, ssenarist, ədəbiyyat üzrə Nobel mükafatı laureatı Henrix Böllün əsərləri mütaliə edilib. 

Bu dəfəki yay oxusunda UNEC-in Tələbə İşləri Mərkəzinin əməkdaşı Bağırzadə Rəfiqə, dünya ədəbiyyatında daha çox irihəcmli romanlar müəllifi kimi tanınsa da, “ən çox sevdiyi ən cazibədar nəsr forması” hesab etdiyi hekayə janrında da gözəl nümunələr yaratmış yazıçının həyat və yaradıcılığı haqqında məlumat verdikdən sonra H.Böllün "Çörəyin dadı", “Təzə körpü” hekayələrini oxuyub.

Daha sonra Tələbə İşləri Mərkəzinin direktoru, UNEC Sabah Mərkəzinin dekanı, Kitabxana-İnformasiya Mərkəzinin əməkdaşları və müəllimlər mütaliə edilmiş hekayələrdə H.Böllün çatdırdığı hamını düşündürən, heç kəsi laqeyd buraxmayan mühüm mətləblər haqqında müzakirələr aparıblar. 

 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay