A

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Tələbə Həmkarlar İttifaqı Komitəsi və UNEC Dizayn Məktəbinin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş rəsm müsabiqəsi keçirilib.

Müsabiqədə 20-ə yaxın rəsm əsəri nümayiş olunub. UNEC Dizayn Məktəbinin direktoru dosent Lalə Məmmədova, kafedra müdiri dosent Elfanə Qasımova, müəllimlər və UNEC Dizayn Məktəbinin THİK sədri Cavadzadə Zeynəbin təmsil olunduqları münsiflər heyətinin qərarına əsasən qaliblər seçiliblər.

1-ci yerin sahibi UNEC Dizayn Məktəbinin 1-ci kurs tələbəsi Mərziyə Sadıxova Mərziyə olub. 2-ci yerə 3-cü kurs tələbəsi Ayşən Novruzova, 3-cü yerə isə 3-cü kurs tələbəsi Zeynəb Cavadzadə layiq görülüb.

Qaliblər medal, diplom və hədiyyələrlə təltif olunublar.

TOP XƏBƏRLƏR