A

Heydər Əliyev sarayında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv təşkilatı olan Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) və Elm və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilmiş ali məktəb tələbələrinin bədii yaradıcılıq müsabiqə-festivalının yekun konserti baş tutub.

Tədbirdə dövlət rəsmiləri, tanınmış mədəniyyət və incəsənət xadimləri, ali təhsil müəssisələrinin rektorları, əməkdaşları və tələbələri iştirak ediblər.

Yekun konsertdə UNEC Yaradıcılıq Mərkəzinin üzvləri Ulu Öndərə həsr olunmuş mahnılar, şeirlər və rəqs nömrələri ilə çıxış edərək tədbirə xüsusi rəng qatıblar. Ümumilikdə 26 ali təhsil müəssisəsini təmsil edən 391 tələbə final mərhələsinə vəsiqə qazanaraq səhnədə öz bacarıqlarını nümayiş etdirib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay