A

Sputnik.az

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosenti Elşən Bağırzadə deyir ki, dolların bahalaşması bütün valyutalara təsir göstərəcək

“Türk lirəsinin ucuzlaşmasının Azərbaycan manatına ciddi təsiri olacağını düşünmürəm”. Bunu Sputnik Azərbaycan-a son günlər türk lirəsinin ucuzlaşmasının ölkəmizə təsirlərini şərh edərkən Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosenti Elşən Bağırzadə deyib.

“Türk lirəsinin ucuzlaşması təkcə Türkiyə iqtisadiyyatı ilə bağlı olan məsələ deyil. ABŞ iqtisadiyyatında ciddi infilyasiya olacağı gözləntiləri var.  Bu da dünya bazarında ABŞ-da inflyasiya ilə mübarizə üçün faiz dərəcələrinin yüksəldiləcəyi ehtimalı var. Bu səbəbdən də inkişaf etməkdə olan bazarlardan valyutanın çıxışı müşahidə olunur. Önümüzdəki dövrdə dünya bazarında ABŞ dollarının dəyərlənməsi gözlənilir. Bu isə nəinki Azərbaycan manatına bütün valyutalara təsir göstərəcək. Ona görə də bunu bir başa türk lirəsi ilə bağlamaq doğru deyil”.

Qeyd edək ki, son günlər türk lirəsinin ABŞ dolları qarşısında sürətlə ucuzlaşması müşahidə edilir.

Elşən Bağırzadə: “Lirənin ucuzlaşması təkcə Türkiyə iqtisadiyyatı ilə bağlı deyil”
Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR