A

“Həftənin kitabı” layihəsi bu dəfəki buraxılışında “Handbook of Inclusive Innovation: The Role of Organizations, Markets and Communities in Social Innovation” (“İnklüziv innovasiyalar bələdçisi: Sosial innovasiyaların müəssisə, bazar, icmalarda rolu”) kitabını təqdim edir.

Kitabın müəllifləri Gerard George, Havovi Joshi, Paul Tracey, Ted Bakerdir.

İnklüziv innovasiya ilə bağlı müasir tədqiqatların hərtərəfli icmalı tədqim edilən kitabda dövrümüzün “böyük çağırışlarına” köklənən sistemli, struktur problemlərin həlli öz əksini tapıb. 57 ekspert alimin qlobal problemlər və praktik həllər haqqında 27 məqaləsinin yer aldığı kitab sosial inklüzivliklə maraqlananlar, eləcə də innovasiya tədqiqatçıları və idarəetmə alimləri üçün önəmli mənbədir.

“Handbook of Inclusive Innovation: The Role of Organizations, Markets and Communities in Social Innovation” kitabı 2020-ci ildə “EE – Edward Elgar” Nəşriyyatında çapdan çıxıb. Kitab 544 səhifədir. Oxucu-istifadəçilər kitabı UNEC-in 24/7 Kitabxanasından əldə edə bilərlər.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay