A

“Həftənin kitabı” layihəsi bu buraxılışında “Understanding Business” (“Biznes anlayışı”) kitabını təqdim edir.

Kitabın müəllifləri Uilyam Nikels (William Nickels), Cim MakHyu (Jim McHugh) və Suzan MakHyu-dur (Susan McHugh).

Təcrübəli müəlliflər heyəti və “McGraw Hill” komandası birgə müasir tələblərə cavab verən, iş tutumundan, iş ölçüsündən, tədris metodundan və ya təhsil məqsədlərindən asılı olmayaraq, demək olar ki, bütün yaranan ehtiyacları ödəyən aparıcı bir vəsait yaradıblar desək yanılmarıq. Məzmun dərinliyinə, genişliyinə, aktuallığı və əhatəliliyi baxımından rəqibsiz əsər ərsəyə gəlib. Qoyulmuş məsələlərin həlli texnikasını, mövzunun mənimsənilməsini asanlaşdıran bu tədris vəsaiti bir çox cəhətdən tələbələri cəlb edir, müəllimlərin üzərindəki təhsil vermə prosesini yüngülləşdirir. Bu tədris kursuna dair verilmiş əlavələr fəsillərə daha geniş aydınlıq gətirir ki, bu da özlüyündə  mövzuları yaddaqalan edir.

“Understanding Business” (“Biznes anlayışı”) kitabının 12-ci nəşri 2019-cu ildə “McGraw – Hill” Nəşriyyatında çapdan çıxıb. Kitab 691 səhifədir. Oxucu-istifadəçilər bu kitabı UNEC-in 24/7 Kitabxanasından əldə edə bilərlər.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay