A

“Həftənin kitabı” layihəsi bu buraxılışında “Ekonominin ilkeleri” (“Principles of Economics”) kitabını təqdim edir. 

Kitabın müəllifləri tanınmış iqtisadçı alimlər Karl E. Keys (Karl E. Case), Rey C. Feyr (Ray C. Fair) və Şeron M. Osterdir (Sharon M. Oster).

Kitabı türk dilinə Türkiyə Cümhuriyyəti Ege Universiteti “İqtisadiyyat” fakültəsinin akademik heyəti - professor Ertuğrul Deliktaş, professor Metin Karadağ və dosent Mehmet Güclü tərcümə edib.

İqtisadçı alimlərin fikrincə, bu, adi kitab deyil və artıq kimsə bu kitabı oxuyubsa, hesab etmək olar ki, “dünya onun əlindədir”.

Kitabda iqtisadiyyatın ən aktual mövzularının təhlili, əldə ediləcək informasiyanın dərinləşdirilmiş yeniliklərlə zənginliyi bu nəşrin üstünlüyüdür. Kitaba istənilən iqtisadçının masaüstü kitabı desək, yanılmarıq. Kitabda iqtisadiyyata giriş, mikro və makroiqtisadi məsələlər, dünya iqtisadiyyatı, iqtisadi problemlərin yaranması və həlli yolları və digər bu kimi mövzular geniş yer alıb.

“Ekonominin ilkeleri” (“Principles of Economics” ) kitabının 12-ci nəşri 2019-cu ildə Ankara “Palme Yayınevi” Nəşriyyatında çapdan çıxıb. Maraqlananlar bu kitabla UNEC-in 24/7 Kitabxanasında yaxından tanış ola bilərlər. Qeyd edək ki, bu nəşr 772 səhifədir.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay