A

“Həftənin kitabı” layihəsi bu buraxılışında “Services Marketing: People. Technology. Strategy” (“Marketinq xidmətləri: Heyət. Texnologiya. Strategiya”) kitabını təqdim edir. 

Kitabın müəllifləri tanınmış professorlar Joçen Virts (Jochen Wirtz) və Kristofer Lavlokdur (Christopher Lovelock).

Bu kitab marketinq xidmətləri mövzusunda yazılmış qlobal dərsliyin doqquzuncu nəşridir. Kitabda ən son elmi araşdırmalar, sənaye istiqamətləri və texnologiyaları, eləcə də sosial media və əhəmiyyətli dərəcədə yenilənmış nümunələr geniş yer alıb. Müəlliflər kitabın bu nəşrində davamlı inkişaf və pedaqoji ortam çərçivəsində ciddi akademik tədqiqatlara əsaslanan güclü idarəetmə yanaşmasından istifadəni təqdim ediblər. Müəlliflər hesab edirlər ki, bu, tələbələri istənilən şəraitdə istifadəyə yararlı biliklərlə "silahlandıraraq" istənilən xidmət sektorunda işləməyə hazırlamağa imkan verəcəkdir. Xidmətlərin göstərilməsi proseslərinin dərin mahiyyətinin və yeni texnologiyaların təsiri altında dəyişmə istiqamətlərinin izahına xüsusi diqqət yetirilib.

Oxucu-istifadəçilər “Services Marketing: People. Technology. Strategy” (“Marketinq xidmətləri: Heyət. Texnologiya. Strategiya”) kitabının 2022-ci ildə “World Scientific” Nəşriyyatında çapdan çıxan 9-cu nəşri ildə UNEC-in 24/7 Kitabxanasında yaxından tanış ola bilərlər. Qeyd edək ki, bu nəşr 665 səhifədir.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay