A

“Həftənin kitabı” layihəsi bu həftə “Zərifə Əziz qızı ƏLİYEVA: Biblioqrafik göstərici” kitabını təqdim edir.

Kitabın tərtibçiləri Nərgiz Novruzova, biologiya elmləri doktoru, dosent Tubuxanım Qasımzadə, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Afiq Məmmədovdur. Göstərici AMEA -nın Mərkəzi Elmi Kitabxanası (MEK) tərəfindən hazırlanıb.

Qeyd edək ki, nəfis nəşrin elmi redaktoru AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, redaktorları AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova, MEK-in baş direktoru, professsor Məmməd Əliyev, ixtisas redaktoru Xuraman İsmayılovadır.

Biblioqrafik göstəricidə görkəmli alim-oftalmoloq, akademik Zərifə Əziz qızı Əliyevanın elmi, pedaqoji və ictimai fəaliyyəti öz əksini tapıb. Həmçinin Zərifə xanım Əliyevanın şərəfli və mənalı həyat yolu, elmi əsərlərinin biblioqrafiyası, göz xəstəlikləri sahəsindəki yüksəkixtisaslı həkim və alim kimi səmərəli, yorulmaz, real elmi və praktiki fəaliyyəti, həssas qəlbi, ali insani keyfiyyətləri ilə nümunəvi obrazı barədə bəhs edilib.

364 səhifəlik “Zərifə Əziz qızı ƏLİYEVA: Biblioqrafik göstərici” kitabı 2023-cü ildə “Elm” nəşriyyatında çapdan çıxıb. Oxucu-istifadəçilər əsəri UNEC KİM-in 24/7 Kitabxanasından, eləcə də bütün tədris binalarında olan UNEC kitabxanalarından əldə edə bilərlər.

 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay