A

“Həftənin kitabı” layihəsi bu həftə“Çevre ve Ekoloji” (“Ətraf mühit və Ekologiya”) kitabını təqdim edir.

Kitabın müəllifləri Mine Kışlalıoğlu və Fikret Berkesdir.

“Elə elmlər var ki, hər kəsin bu elmlərlə bağlı ən azı ümumi məlumatı olmalıdır. Çünki istəsək də, istəməsək də, bu elmlər bizim gündəmimizdədir və həyatımız bu elmlərin qanun və qaydaları ilə idarə olunur. Ekologiya da məhz belə elmlərdəndir.

Alim üçün məşhur mövzulardan əsər yazmaq olduqca çətindir. Çünki həmin elmin mənimsənilməsi üçün, əvvəlcə, o elmi yaxşı öyrənmək, sonra isə öyrənilənləri insanlara daha asan, rahat çatdırmaq lazımdır. Bu baxımdan, alimlər- Mine Kışlalıoğlu və Fikrət Berkesin hər bir kəsin anlaya biləcəyi, maraqla oxuyacağı bir əsər ortaya qoyublar”. Bu fikirləri məşhur türk yazarı Aziz Nesin kitab haqqında söyləyib.

Kitabda ətraf mühit və ekologiya ilə bağlı bir sıra aktual mövzulara toxunulub və maraqlı təhlillər verilib.

Türk dilində olan nəşr olunan 280 səhifəlik “Çevre ve Ekoloji” (“Ətraf mühit və Ekologiya”) kitabı 2020-ci ildə İstanbulda “Remzi Kitabevi” nəşriyyatında çapdan çıxıb. Oxucu-istifadəçilər əsəri UNEC-in 24/7 Kitabxanasından əldə edə bilərlər.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay