A

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Tələbə Həmkarlar İttifaqı Komitəsi və UNEC İdman klubunun birgə təşkilatçılığı ilə 8 noyabr Zəfər Gününə həsr olunmuş tələbələrarası futbol turnirinin final mərhələsi keçirilib.

Finalda İqtisadiyyat və idarəetmə fakültəsinin tələbələrindən ibarət “Ağdərə” komandası qalib olub. Maliyyə və mühasibat fakültəsinin “Harop” komandası II yerin, Rəqəmsal İqtisadiyyat fakültəsinin “Xocalı” komandası  isə III yerin sahibi olub.

Qalib komandanın üzvlərinə kubok, diplom, medallar təqdim olunub.

 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay