A

Real TV

Bir neçə gün əvvəl Prezident İlham Əliyev İpoteka və Kredit Fondunun fəaliyyətinin təkmilləşdirilməsi məqsədi ilə əlavə tədbirlər haqqında fərman imzaladı.

Fərmana əsasən fondun vergi öhdəliklərindən azad edilməsi, eyni zamanda İpoteka və Zəmanət Fondu tərəfindən təminat üzrə ödəniş edilməsi hallarında borcalanan və müvəkkil bankların vergi öhdəliklərindən azad edilməsi ilə bağlı qanun layihəsini bir ay müddətində hazırlayıb prezidentə təqdim etmək tapşırılıb.

Fərmanda diqqət çəkən əsas məqamlardan biri, İpoteka və Zəmanət Fondunun iaşə obyektlərini, eləcə də evləri alaraq kirayə vermək səlahiyyətinə malik olacağı məsələsidir.

Nəzərə alsaq ki, Azərbaycanda hər 3-4 təsərrüfatdan biri kirayə mənzillərdə yaşayır, o zaman bu fərmanın nə qədər əhəmiyyətli olduğunu şərh etməyə ehtiyac qalmır.

İndi qalır bu evlərin hansı əsaslarla ehtiyacı olan insanlara verilməsi məsələsi. Və burada əsas amil təbii ki, qiymətdir. Söhbət bu addıma veriləcək qiymətdən yox, kirayə evlərə qoyulacaq qiymətdən gedir.

Xarici təcrübə deyir ki, bu məbləğ kirayə bazarındakı qiymətdən 2,5-3 dəfə aşağı olmalıdır.

Mövzu "Real Vaxt"ın efirində UNEC-in Rus İqtisad Məktəbinin direktor müavini, professor Elşad Məmmədovla müzakirə olunub.

 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay