A

İslam aləmində ən müqəddəs bayramlardan biri olan Qurban bayramı münasibətilə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və mühasibat fakültəsinin dekanı Hafis Hacıyev və məzunlar Qarabağın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalmış UNEC-in 2016-cı il məzunu Süleyman Qarayevin Sabirabad rayonunun Qalaqayın kəndində məzarını ziyarət edərək, əziz xatirəsini ehtiramla yad ediblər, məzarı önünə gül dəstələri düzüblər. Daha sonra ailə üzvləri ilə görüş keçirilib.

Süleyman Qarayev 7 oktyabr 2020-ci ildə Ağdam rayonunun azadlığı uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalmışdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 5 noyabr 2022-ci il tarixli Sərəncamı ilə Süleyman Qarayev ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Uca Allahdan Vətənimizin ərazi bütövlüyü, dövlətimizin suverenliyi, xalqımızın azadlığı uğrunda canlarını fəda etmiş bütün şəhidlərə rəhmət diləyirik!

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay