A

Azərbaycan Dövlət İqtisad Universitetinin 1984-cü il məzunları UNEC-də olublar.

“Qeyri-ərzaq mallarının əmtəəşünaslığı və ticarətin təşkili” ixtisasını 40 il öncə bitirən məzunlar Biznes və menecment fakültəsinin dekanı dosent Mirağa Əhmədovla görüşüblər.

Məzunlar öncə UNEC-in şəhid olmuş tələbə və məzunlarının Memorial-Xatirə Kompleksini ziyarət ediblər. Sonra isə bir zamanlar dərs keçdikləri auditoriyalarda tələbəlik dövrü ilə bağlı maraqlı və xoş xatirələrinin bölüşüblər.

Məzunları UNEC-də görməkdən məmnunluğunu ifadə edən Mirağa Əhmədov bu ənənənin davam etdirildiyini bildirərək, məzunları universitetin ictimai-sosial həyatında yaxından iştirak etməyə dəvət edib. Eyni zamanda məzunların vahid platformada birləşmələri məqsədilə UNEC Məzun Assosiasiyasının yaradıldığını diqqətə çatdırıb.

Görüş zamanı UNEC-də həyata keçirilən yeniliklər barədə də məzunlara məlumat verilib. Universitetin son zamanlar əldə etdiyi yenilikləri yüksək qiymələndirən məzunlar UNEC-dən xoş təəssüratlarla ayrılıblar.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay