A

UNEC-in İqtisadiyyat və idarəetmə fakültəsində COP29 çərçivəsində UNEC-də mühazirə keçirilib.

“İctimai idarəetmə və sosial innovasiyalar” kafedrasının təşkilatçılığı ilə keçirilən tədbirdə  kafedra müdiri, dosent Elşən Məmmədov çıxış edərək, iqlim dəyişikliyi və COP29-la bağlı davamlı olaraq keçirilən tədbirlərin cəmiyyətin bu istiqamətdə məlumatlılığının artırılmasında önəmli rol oynadığını deyib.

Sonra kafedranın dosenti İlqar Xəlilov qlobal istiləşmə və onun nəticələri barədə açıqlama verərək, atmosferə atılan zərərli qazların (xüsusilə CO2) miqdarını azaltmağın yollarından bəhs edib. Həmçinin bu istiqamətdə ölkələrin üzərinə düşən öhdəliklərdən və onların həlli istiqamətində atılan addımlardan danışıb.

Sonda auditoriyanın sualları məruzəçi tərəfindən ətraflı cavablandırılıb.

TOP XƏBƏRLƏR