Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) 2-ci qrant müsabiqəsi elan edir.
“Müsabiqə əsasında universitetin vəsaitlərindən elmi-tədqiqat işlərinin maliyyələşdirilməsi sistemi haqqında” əsasnaməyə uyğun olaraq keçirilən müsabiqə “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in reallaşdırılmasına alimlərin töhfəsini stimullaşdırmaq məqsədilə elan olunub.
Qrant müsabiqəsinin şərtləri:
Müsabiqədə AR vergi orqanlarından VÖEN almış, yalnız UNEC-də çalışan əməkdaşlar, doktorantlar, UNEC Tədqiqat Mərkəzlərinin tədqiqatçıları, UNEC əməkdaşlarından ibarət müəllim və tədqiqatçılar iştirak edə bilərlər.
Layihə təklifləri UNEC-də aparılan elmi-tədqiqat işlərinin dəstəklənməsi və inkişafı baxımından “Müsabiqə əsasında universitetin vəsaitlərindən elmi-tədqiqat işlərinin maliyyələşdirilməsi sistemi haqqında” Əsasnaməyə əlavə edilmiş formalara uyğun olaraq təqdim olunmalıdır. Müsabiqəyə təqdim olunan layihələr aşağıdakı tələblərə cavab verməlidir:
- Layihənin dəyəri maksimum 30 (otuz) min manatdır.
- Layihədə təklif olunan işlər hər hansı qrant və digər mənbələrdən maliyyələşdirilən layihələrin predmeti olmamalıdır;
- Hər bir iddiaçı müsabiqədə yalnız bir ərizənin iştirakçısı ola bilər;
- Bütün layihələr, bir qayda olaraq 2 nüsxədə, Azərbaycan dilində, elektron formada (PDF formatda) təqdim edilməlidir;
- Qrant müsabiqəsi üzrə Komissiya üzvləri tərəfindən layihələrin qiymətləndirilməsi 2 mərhələ - texniki və ixtisas üzrə aparılacaqdır.
- Layihələr aşağıdakı mövzuları əhatə etməlidir.
- Yaşıl sahibkarlıq: Azərbaycan KOM-larında yaşil texnologiyalarin təşviqi
- Qarabağda tullantilarin idarə edilməsi və resurslarin səmərəliliyi üzrə dairəvi iqtisadiyyat modeli
- Azərbaycanda yaşil infrastruktur layihələri üçün innovativ maliyyələşdirmə mexanizmləri
- Yaşıl universitetə keçid modeli
- İqlim dəyişmələri kontekstində dayanıqlı maliyyəyə keçid: dünya təcrübəsi və Azərbaycan reallığı
- Azərbaycanda ağıllı təhsil modeli
- Yaşıl nanotexnologiyalar
Layihədə iştirak etmək istəyən müəllim və tədqiqatçılar ərizə və layihə təkliflərini (sifarişlərini) əlavələr formasında qrant müsabiqəsi elan olunan tarixdən bir ay müddətinədək saat 18.00-dan gec olmayaraq, elektron formada (pdf formatda) Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron-poçt ünvanına göndərməlidir.