A

UNEC-də 2023/2024-cü tədris ilinin Yay semestrinə müraciət davam edir.

Yay məktəbi 23 iyul-02 sentyabr 2024 tarixlərində təşkil ediləcək.

Hibrid formada təşkil ediləcək yay semestrində fənlər üzrə mühazirə-məşğələ sessiyasında tələbələrin istəklərindən asılı olaraq, onlayn qaydada və ya universitetə gələrək, iştirak etmək üçün seçim hüququ veriləcək. Yay semestrinin imtahan sessiyası (aralıq qiymətləndirmə və sessiya imtahanları) isə yalnız oflayn formada UNEC-də təşkil ediləcək.

Tələbələrin dərslərdə hansı formada iştirak etmələrindən asılı olaraq, müqavilələr iki formada tərtib olunacaq. Tələbə sessiyanın sonuna kimi imzaladığı müqavilədə qeyd olunan formada tədris prosesində iştirak edəcək. Sessiya müddətində tədris formasının dəyişdirilməsinə icazə verilməyəcək.

Onlayn formada semestrə qatılan tələbələr dərs prosesinə yalnız kompüter və ya noutbuk vasitəsilə qoşulmağı, dərs prosesində görüntüsünün və müəllimlə ünsiyyət zamanı səsinin daim açıq olmasını, həmçinin internetə çıxışının stabil olmasını təmin etməlidir. Əks halda, yaranacaq bütün problemlərə görə məsuliyyət tələbənin üzərinə düşəcək.

Müqavilələrin bağlanılması həm elektron, həm də fiziki formada aparılır. Elektron formada bağlanan müqavilələr birtərəfli imzalanaraq, skan edilib, tyutora göndərilməlidir. Kənar universitetlərin tələbələri isə müqaviləni UNEC-ə gələrək imzalamalıdırlar.

Müqaviləni elektron olaraq təqdim tələbələr aralıq imtahanlarında universitetə gələn zaman müqaviləni fiziki olaraq imzalayacaqlar.

Yay semestrinin təhsil haqqı dərslər başlayanadək ödəməlidir.

Magistratura səviyyəsində bütün fənlərin qiymətləndirilməsi yazılı üsulla, bakalavriat səviyyəsinin əyani təhsilalma formasında isə UNEC Elmi Şurasının qərarı  ilə təsdiq olunmuş yazılı və test üsulunda qiymətləndirilən fənlərin siyahısına uyğun olaraq, müvafiq üsullarda keçiriləcək.

Ayrı-ayrı fənlər üzrə qaib limiti dərs saatlarının 25 faizi qədərdir. Dərs saatlarının 25 faizindən çoxunda iştirak etməyən tələbələr imtahana buraxılmayacaqlar.

UNEC-in Zaqatala filialının tələbələri istəkləri əsasında dərslərə hibrid formada - Bakıdan və ya məsafədən qoşula biləcəklər. Aralıq və sessiya imtahanlarını isə UNEC-in Bakı kampusunda və ya Zaqatala filialında vermək imkanı əldə edəcəklər.

Yay semestrində laboratoriya və qabiliyyət tələb edən fənlər 3 saylı tədris binasında (Murtuza Muxtarov 194) təşkil olunacaq. Digər fənlərin tədrisi isə əsas binada (İstiqlaliyyət 6) keçiriləcək.

Tələbələr Yay semestrində açılan fənlərə qeydiyyatdan keçməklə bağlı təhsil aldıqları fakültənin tyutorlarına müraciət etməlidirlər.

Yay semestrinə qeydiyyat 17 iyul 2024-cü il tarixinə kimi davam edəcək.

Əlaqə telefonu: +(994) 12 564-38-92

Fənlərin SİYAHISI

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay