18-24 aprel tarixlərində UNEC-in Fakültə katibliklərinə Qaynar xətt üzərindən tələbələr tərəfindən 425 müraciət daxil olub.

Müraciətlər daha çox Nazirlər Kabinetinin 13 aprel tarixli “Sosial həssas əhali qrupuna aid olan ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi barədə” qərarı, ACCA və Coursera onlayn təhsil platformasında qazanılmış sertifikatların tanınması və 2019/2020-ci tədris ilinin Yaz semestrinin imtahan sessiyası üzrə nəticələri kimi qəbul edilməsi, eləcə də sərbəst işlər, imtahanların təşkili, buraxılış işinin müdafiəsi və dövlət imtahanı, istehsalat təcrübəsi, distant dərslərin video yazısının tələbə kabinetinə yüklənməsi, təhsil haqqı barəsində olub. 425 müraciətə aidiyyəti üzrə baxılaraq icrası üçün zəruri tədbirlər görülüb.

Qeyd edək ki, Nazirlər Kabinetinin müvafiq qərarı, müraciətlə bağlı tələb olunan sənədlər və digər zəruri məlumatlar tələbələrin şəxsi kabinetlərinə göndərilib. Tələbələr müraciət üçün tələb olunan təsdiqedici sənədləri Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. ünvanına göndərməlidirlər. Yaz semestri üçün müraciətlərin qəbulu 1 iyuna qədər davam edəcəkdir.

“Coursera for Campus” və “ACCA” sertifikatlarının tanınması ilə bağlı qaydalarda qeyd edilən müvafiq təsdiqedici sənədlər isə Fakültə Katibliklərinin e-poçtlarına göndərilməlidir. “Coursera for Campus” sertifikatlarının tanınması üçün müraciətlərin qəbulu 20 may, “ACCA” sertifikatları üçün isə 20 iyun tarixinə qədər davam edəcəkdir.

Fakültələr (məktəb, mərkəz) üzrə e-poçtlar:
1.Beynəxalq Magistratura və Doktorantura mərkəzi- Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
2.Beynəlxalq İqtisadiyyat məktəbi- Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
3.Biznes və menecment- Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
4.İqtisadiyyat- Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. -I növbə təhsilalanlar; Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. -II növbə təhsilanlar
5.Türk Dünyası iqtisad- Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
6.Distant, qiyabi və əlavə təhsil mərkəzi- Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
7.Ekspertiza və standartlaşdırma- Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
8.Texnologiya və Dizayn- Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
9.Rus İqtisad məktəbi- Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
10.Maliyyə və mühasibat- Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
11.SABAH- Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
12.Biznes məktəbi (MBA)- Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. 
13.Magistratura mərkəzi- Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay