UNEC ERASMUS+ mübadilə proqramı çərçivəsində bakalavriat təhsil səviyyəsi üzrə aşağıda qeyd olunan universitetlərə 2022/2023-cü ilin yaz semestri üçün təqaüdlü təhsil almaq imkanı təqdim edir.
- Leon Universiteti (İspaniya) - 1 yer
- İstanbul Gelişim Universiteti (Türkiyə) - 2 yer
Müraciət üçün əsas şərtlər:
- Tələbənin ümumi orta balı (ÜOMG) 91-dən yuxarı olmalı;
- İngilis dili/türk dili (Gelişim Universiteti üçün) B1/B2 səviyyəsində olmalı;
- Bakalavr pilləsi üzrə 2, 3 və ya 4-cü kurs tələbəsi olmalı.
Müraciət üçün son tarix: 31 oktyabr 2022-ci il
Tələb olunan sənədlər:
- ƏRİZƏ
- Transkript
- CV (ingilis dilində)
- Niyyət məktubu (Motivation letter)
Xarici pasport (ilkin müraciət zamanı şəxsiyyət vəsiqəsi də keçərlidir)
Müvafiq dil sertifikatı (IELTS, TOEFL, TÖMER və ya müvafiq fakültələrdə ingilis/türk dilində təhsil aldığını göstərən sənəd).
Sənədlər göstərilən ardıcıllıqla bir “pdf” fayl şəklində Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron poçt ünvanına təqdim olunmalıdır. (Sənədləri ayrı-ayrı fayllarda göndərənlərin müraciətlərinə baxılmayacaqdır). E-mail başlığında universitetin adını qeyd etməyiniz xahiş olunur.