A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) 95 illik yubileyi münasibətilə təşkil olunan “UNEC Tarixini öyrənək” adlı bilik yarışmasının qalibləri universitetin rektoru, professor Ədalət Muradovla görüşüblər.

Yarışda I yeri Rəqəmsal iqtisadiyyat fakültəsinin 1-ci kurs tələbəsi Hüseynəli Mehdiyev, II yeri İqtisadiyyat və idarəetmə fakültəsinin 3-cü kurs tələbəsi Turan Məmmədov, III yeri isə Qiyabi və əlavə təhsil mərkəzinin 4-cü kurs tələbəsi Çünəş Məmmədova qazanıb.

Görüş zamanı rektor tələbələri əldə etdikləri uğura görə təbrik edərək, onların UNEC-in tarixi barədə dərin biliklərə malik olmalarını yüksək qiymətləndirib. O, belə maarifləndirici yarışmaların gənclərin təhsil aldıqları universitetin keçmişini, ənənələrini və inkişaf yolunu daha yaxından tanımalarına xidmət etdiyini, eyni zamanda onlarda UNEC-ə olan bağlılığı daha da gücləndirdiyini qeyd edib.

Tələbələr öz növbəsində yarışmanın onların şəxsi inkişafına qazandırdıqları dəyəri diqqətə çatdıraraq, UNEC tələbəsi olmaqdan, buradakı təhsildən məmnunluqlarını ifadə ediblər.

Sonda yarışma qaliblərinə UNEC-in rektoru professor Ədalət Muradov tərəfindən diplomlar və hədiyyələr təqdim olunub.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay