A

UNEC-də Tədqiqat mərkəzlərinin işinin əlaqələndirilməsi və təşkili şöbəsi və UNEC Kiçik və Orta Biznes Tədqiqat və İnkişaf Mərkəzinin təşkilatçılığı ilə “KOB  subyektlərinin dövlət satınalmaları üzrə mövcud vəziyyət və inkişaf perspektivləri” mövzusunda onlayn seminar keçiriləcək.

Mövzu ətrafında KOBİA Regional layihələrlə iş və monitorinq şöbəsinin müdiri Eldəniz Əmirov təqdimatla çıxış edəcək.

7 iyun, saat 11.00-da keçiriləcək seminara ZOOM platforması üzərindən https://zoom.us/j/91764835574 (giriş kodu: 530079) linki vasitəsilə qoşula bilərsiniz.

Seminar UNEC Tədqiqat Mərkəzlərinin İşinin Əlaqələndirilməsi və Təşkili Şöbəsinin rəsmi facebook səhifəsi üzərindən canlı yayımlanacaq.

Seminarı izləmək üçün

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay