A

6 oktyabr 2025-ci il tarixində saat 11:30-da psixoloq Dr. Lalə Allahverdiyeva tərəfindən “Çoxlu Şəxsiyyət Pozuntusu” mövzusunda seminar təşkil olunacaq.

Seminarın əsas məqsədi insan zehnində çoxlu şəxsiyyətlərin formalaşması fenomeninə elmi-praktik yanaşmanı təqdim etmək, bu vəziyyətin psixoterapiya prosesində və gündəlik sosial mühitdə təzahür formalarını iştirakçılara izah etməkdir.

Tədbirdə iştirakçılar:

  • Çoxlu şəxsiyyət pozuntusunun mahiyyəti və səbəbləri barədə məlumat alacaq,
  • Onun müxtəlif kontekstlərdə müşahidə olunma formaları ilə tanış olacaq,
  • Psixoloji dəstək və müdaxilə üsulları üzrə praktiki biliklər əldə edəcəklər.

Seminar tələbələr və mövzuya maraq göstərən ictimaiyyət üçün nəzərdə tutulub.

TOP XƏBƏRLƏR