UNEC İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutu “Mənzil infrastrukturunun iqlim risklərinə qarşı dayanıqlılığı: təbiətə əsaslanan həllər və şəhər ekosistemlərinin rolu” mövzusunda elmi seminar keçiriləcək.
Seminar BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) Azərbaycanda keçirilməsi ilə bağlı tədbirlərin bir hissəsi kimi təşkil olunub.
Məruzəçi: Rafail Rzayev, UNEC İAETİ-nin elmi katibi.
Zaman: 26 noyabr 2025-ci il, saat 10:00.
Məkan: UNEC-in əsas korpusu, Heydər Əliyev Mərkəzi otaq 305.
Seminarda mənzil infrastrukturunun iqlim dəyişikliklərinə qarşı davamlılığının artırılması və şəhər ekosistemlərinin rolu müzakirə ediləcək.