A

UNEC Tədqiqat Mərkəzlərinin İşinin Əlaqələndirilməsi və Təşkili şöbəsi və Beynəlxalq İqtisadi Əməkdaşlığın İnkişafı UNEC Tədqiqat Mərkəzinin təşkilatçılığı ilə “Azərbaycanda əmək bazarının kəmiyyət təhlili” mövzusunda seminar keçiriləcək.

Seminarda Beynəlxalq İqtisadi Əməkdaşlığın İnkişafı UNEC Tədqiqat Mərkəzinin rəhbəri dosent Sənnur Əliyev mövzu ətrafında təqdimatla çıxış edəcək.

Tədbirdə UNEC Tədqiqat Mərkəzlərinin tədqiqatçıları ilə yanaşı Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın əməkdaşları da iştirak edəcəklər.

Seminar 3 noyabr 2022-ci il tarixində saat 15:00-da Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada keçiriləcək.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay