A

UNEC-də Tədqiqat Mərkəzlərinin İşinin Əlaqələndirilməsi və Təşkili şöbəsi, UNEC Rəqəmsal İqtisadiyyat Tədqiqat Mərkəzi, Rəqəmsal İqtisadiyyat fakültəsi və UNEC Rəqəmsal texnologiyalar və tətbiqi informatika kafedrasının təşkilatçılığı ilə “Al, OpenAl və ChatGPT: Gələcəyə doğru ümid yoxsa qorxu ilə” mövzusunda elmi seminar keçiriləcək.

Mövzu ətrafında Türkiyənin Sabancı Universitetinin professoru Kürşat Çağıltay və Qazi Universitetinin dosenti Hüseyn Çakır təqdimatla çıxış edəcəklər.

3 may 2023-cü il tarixində saat 11.00-da keçiriləcək seminara ZOOM platforması üzərindən https://zoom.us/j/92617407557 (462161) linkinə keçid etməklə qoşula bilərsiniz.

Seminar Tədqiqat Mərkəzlərinin İşinin Əlaqələndirilməsi və Təşkili şöbəsinin rəsmi facebook səhifəsi üzərindən canlı yayımlanacaq.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay