UI GreenMetric World University Rankings (IWGM 2024) üzrə 10-cu Beynəlxalq seminarda məqalə üçün müraciət açıq elan olunub.

4-7 iyun 2024-cü il tarixlərinə planlaşdırılan bu tədbir Kolumbiyadakı GreenMetricə üzv universitetlərlə birgə Kolumbiyanın Boqota şəhərində baş tutacaq. IWGM 2024-ün mövzusu “GreenMetric UI Təşkilatı: İrəli Yol” adlandırılıb. Seminar mövzuları infrastruktur, enerji və iqlim dəyişikliyi, tullantıların idarə olunması, suyun qorunması, nəqliyyat və təhsil təşəbbüsləri daxil olmaqla, UI GreenMetric göstəricilərindən birində universitetinizin nümunəvi təcrübələrini bölüşməyə dəvət edirik.

Abstrakt üçün son tarix:18 mart, 2024-cü il.

Məqalənin göndərilməsi üçün son tarix: 6 may, 2024-cü il

Qəbul edilmiş məqalələr tədqiqat kitabında dərc olunacaq və rəsmi internet saytında onlayn olaraq təqdim olunacaq.

Qeydiyyat ödənişlidir.

https://iwgm.ui.ac.id/registration-2024

 məlumat üçün link:

 https://iwgm.ui.ac.id/

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay