A

UNEC-də Analitik-İnformasiya Resursları Mərkəzinin tədqiqatçısı Elnur Rüstəmovun təqdimatında “Regional səviyyədə tərtib edilmiş xərc-buraxılış modeli ilə iqtisadi qiymətləndirmənin səmərəliliyi”  mövzusunda onlayn seminar keçiriləcək.

Seminar UNEC Tədqiqat Mərkəzlərinin İşinin Əlaqələndirilməsi və Təşkili Şöbəsi və Analitik-İnformasiya Resursları Mərkəzinin təşkilatçılığı ilə baş tutacaq.

24 noyabr 2022-ci il tarixində saat 15.00-da keçiriləcək seminara ZOOM platforması üzərindən https://zoom.us/j/91628744449 (kod: 288548) linki vasitə­si­lə qoşula bilərsiniz.

Seminar UNEC Tədqiqat Mərkəzlərinin İşinin Əlaqələndirilməsi və Təşkili Şöbəsinin rəsmi facebook səhifəsi üzərindən canlı yayımlanacaq.

Seminarı izləmək üçün LİNKƏ keçid edə bilərsiniz.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay