A

UNEC-in “İctimai idarəetmə və sosial innovasiyalar” kafedrasının dosentləri Fərhad Eminov və Xatirə Məhərrəmovanın həmmüəllifi olduqları “Ekoloji fəaliyyətin idarə olunması” adlı dərs vəsaitinin təqdimatı keçirilib.

Təqdimat mərasimində kafedranın professor-müəllim heyəti, kitabxananın əməkdaşları və tələbələr iştirak ediblər.

Təqdimat mərasiminin əvvəlində kafedra müdiri dos. Elşən Məmmədov və UNEC Kitabxana Informasiya Mərkəzinin 2 saylı kitabxanasının müdiri Rəsmiyyə Rzayeva öz çıxışlarında bu cür əyani tədris vəsaitinin hazırlanmasının əhəmiyyəti barədə fikirlərini bildiriblər.  

Sonra müəlliflər dos. Fərhad Eminov  və dos. Xatirə Məhərrəmova çıxış edərək, bakalavr və magistr pilləsində təhsil alan tələbələrin bu kitabdan istifadəsinin zəruriliyi barədə məlumat veriblər.

Sonda müəlliflər tədbir iştirakçılarının kitabla bağlı suallarını cavablandırıblar.

 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay