A

UNEC-də Tədqiqat Mərkəzlərinin İşinin Əlaqələndirilməsi və Təşkili şöbəsi və UNEC Rəqəmsal İqtisadiyyat Tədqiqat Mərkəzinin təşkilatçılığı ilə “Təlim və biliyə nəzarət intellektual informasiya sisteminin arxitekturasının modelləşdirilməsi” mövzusunda elmi seminar keçiriləcək.

Mövzu ətrafında Azərbaycan Respublikası Lütfi Zadə adına Beynəlxalq Müasir Elmlər Akademiyasının həqiqi üzvü, professor Şahnaz Şahbazova təqdimatla çıxış edəcək.

Elmi seminar 28 noyabr 2022-ci il tarixində saat 11.00-da UNEC-in III tədris binasında (M.Muxtarov, 194) təşkil olunacaq.

Tədqiqata və elmə marağı olan hər kəsi elmi seminarda iştirak etməyə dəvət edirik.

TOP XƏBƏRLƏR