A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) 95 illik yubileyi münasibətilə əməkdaşların təltifolunma mərasimi keçirilib.

Tədbiri giriş sözü ilə açan UNEC-in inzibati və təşkilati məsələlər üzrə prorektoru, dosent Şaiq Əsgərov universitet kollektivini yeni tədris ilinin başlaması və onların fəaliyyətlərinə Elm və Təhsil Nazirliyi tərəfindən yüksək dəyər verildiyini bildirib. O, elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə  44 nəfərin Fəxri Fərman, 24 nəfərin isə Təşəkkürmanə ilə təltif edildiyini bildirib.

Ş.Əsgərov təltif olunan əməkdaşlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Onların bundan sonra da universitetin strateji hədəflərinə çatması istiqamətində əzmlə çalışacaqlarından əminliyini ifadə edib.

Sonda təltif olunan əməkdaşlara “Fəxri fərman” və “Təşəkkürnamə”lər təqdim olunub.

TOP XƏBƏRLƏR