UNEC-in tərəfdaş olduğu, QS təşkilatının və Böyük Britaniyanın Exeter Universitetinin birgə təsis etdiyi Future17 layihəsinin növbəti sessiyasına tələbələrin qeydiyyatı açıq elan edilib.
FUTURE-17 NƏDİR?
QS təşkilatının və Exeter Universitetinin birgə təsis etdiyi Future17 proqramı, Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsinə yönəlmiş layihələrdə iştirak etmək üçün çoxmillətli təşkilatları, aparıcı universitetləri və tələbə komandalarını birləşdirən qlobal təşəbbüsdür.
Layihədə iştirak edən tələbələr, layihənin tərəfdaşı olan digər universitetlərin tələbələri ilə birgə komandalar yaradaraq fəaliyyət göstərəcəklər. Layihənin işçi dili ingilis dilidir.
İştirak üçün şərtlər:
- Bakalavr 2, 3 və 4-cü kurs tələbələri;
- Magistratura 1 və 2-ci kurs tələbələri;
Yer sayı məhduddur, qeydiyyatdan ilk keçən 50 tələbəyə üstünlük veriləcək.
Qeydiyyat linki: https://forms.gle/u5J1AUqFDaj2xQ6R9
Qeydiyyatdan keçmək üçün son tarix: 4 sentyabr 2025.